RU

Türkiyənin Samsun limanı 8 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Samsun limanı8 milyon 129 min 951 ton yük qəbul edib.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Samsun limanından Türkiyəbayrağı altında üzən 319 min 687 ton yük, digər ölkələrinbayraqları altında üzən gəmilərlə isə 7 milyon 810 min 264 ton yükdaşınıb.

2024-cü ilin yanvar-sentyabr aylarında Samsun limanından 5 min401 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30milyon 878 min 569 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzəngəmilərlə yük daşınması 28 milyon 168 min 63 ton olub”, – deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında Türkiyəlimanlarından 5 milyon 293 min 766 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- sentyabraylarında Türkiyə limanları 298 milyon 687 min 329 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 22 milyon 618min 850 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzəngəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 276 milyon 68 min479 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarındaTürkiyə limanlarından 51 milyon 825 min 408 ton tranzit yükdaşınıb.

Qeyd edək ki, sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmiqəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292 olub.
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min 314gəmi qəbul edib.

Избранный
3
49
az.trend.az

10Источники