RU

COP29 zamanı toylara qadağa qoyulacaq? - Rəsmi

COP29 dövründə Bakıda toylara məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulmur...

Poliqon bildirir ki, Trend-in məlumatlı mənbədən əldə etdiyi məlumata əsasən, COP29 zamanı toy və bu tip tədbirlərə qadağa tətbiq ediləcəyi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bildirilib ki, bütün obyektlər məhdudiyyətsiz fəaliyyət göstərəcək.

"Yol hərəkəti ilə bağlı yalnız müəyyən məhdudiyyətlər var, onlar təhlükəsizlik tələbləri ilə bağlıdır", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, noyabrın 11-dən 22-dək COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək.

Poliqon.info 


 
 
 
 
 
 
 
 

Избранный
2
11
poliqon.info

10Источники