RU

COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90 faizi tamamlanıb

Bakı, 18 oktyabr, AZƏRTAC

COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90 faizi tamamlanıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Əməliyyat Şirkətinin koordinasiya şurasının üzvü İsmayıl İsayev deyib.

Məkan hazırlıqlarının yekunlaşmaq üzrə olduğunu deyən İsmayıl İsayev əlavə edib: “Lakin bir neçə son mərhələ işi qalıb ki, onları da yaxın zamanda bitirməyi planlaşdırırıq. Şəhər əməliyyatları ilə bağlı işlər də sürətlə davam edir və tədbirə hazırlığın bütün mərhələləri artıq tamamlanmaq üzrədir. Bu ayın sonuna qədər görülən işlərin tam sınaqdan keçirilməsi və tədbirə tam hazırlığın təmin olunması üçün bir sıra yoxlama və qiymətləndirmə tədbirləri həyata keçiriləcək. Əminik ki, COP29-un başlamasına qədər bütün hazırlıqlarımız tam şəkildə başa çatdırılacaq”.

İnklüzivlik və əlçatanlıq məsələsinə də toxunan COP29 Əməliyyat Şirkətinin koordinasiya şurasının üzvü deyib: “Bu sahələrdə işlər tam yüksək səviyyədə təmin olunub. Əvvəlki COP tədbirlərində əldə etdiyimiz təcrübələrə əsasən, daha yaxşı inklüzivlik və əlçatanlıq şəraitinin yaradılması üçün əlavə tədbirlər görülüb. Xüsusilə fiziki məhdudiyyətləri olan şəxslər üçün tədbir məkanında hər cür şəraitin yaradılması təmin ediləcək”.

Избранный
17
1
azertag.az

2Источники