RU

"Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi qəzada öldü

Cəbrayıl. Trend:

Cəbrayılda ölümlə nəticələnən yol qəzası olub.

Trend xəbər verir ki, hadisəsaat 9 radələrində Cəbrayıl rayonu Soltanlı kəndi ərazisində qeydəalınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil vəƏdalət Zeynalovun sükan arxasında olduğu "Niva" markalı minikmaşını toqquşub.

Qəzada həlak olan "Niva"nın sürücüsü Ədalət Zeynalov ölüb. Onun"Azərişıq" ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi olduğubildirilir. O, Cəbrayılın Tinli kənd sakini olub.

"Ford"un sürücüsü isə xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırmaaparılır.

Избранный
11
3
az.trend.az

4Источники