RU

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı -VİDEO/FOTO

Gəncədə yaşayış binasında partlayış olub.

 

Senzor.az bildirir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

 

FHN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.

 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

++



Избранный
7
22
senzor.az

10Источники