RU

AMB sədri: COP29 ərəfəsində maliyyə öhdəliklərini elan edəcəklər

Qlobal mühitdə iqlm dəyişiklərinin yaratdığı risklər əsas çağırışlardan bir olaraq qalmaqdadır. Yaşıl iqtisadiyyata keçid prioritet olmalıdır. 

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən "Yaşıl maliyyə və dayanıqlı inkişaf forumu"nda deyib.

O bildirib ki, yaşıl iqtisadiyyata keçid olmadıqda uzunmüddətli dayanıqlı iqtisadiyyatı təmin etmək mümkün olmaz.

"Mərkəzi Bank maliyyə sektorunun dayanıqlılığına da cavabdehdir. Yaşıl maliyyənin yaradılması çox vacibdir. Mərkəzi Bank ötən il dayanıqlı maliyyə inkişafı üzrə Yol xəritəsi tərtib edib. Yol xəritəsinin əsas və ilk təşəbbüslərindən biri yaşıl maliyyə taksonomiyasının hazırlanmasıdır. Artıq taksonomiya hazırdır. Bəzi texniki məqamlar qalıb və ondan sonra təsdiq üçün hökumətə veriləcək", - deyə Taleh Kazımov vurğulayıb.

AMB sədri əlavə edib ki, yaşıl istiqraz haqqında Mərkəzi Bank hüququ bazanı formalaşdırıb: "Son üç ildə kredit portfeli 18,4 faiz artıb. Banklar COP29 ərəfəsində maliyyə öhdəliklərini elan edəcəklər. 

Mərkəzi Bank, həmçinin Yol xəritəsində insan kapitalının inkişafına fokuslanıb. Hər bir ölkə, eləcə də Azərbaycan üçün bu istiqamət yenidir".

Избранный
1
7
operativmedia.az

9Источники