RU

Partlayışda yaralananların son VƏZİYYƏTİ

Gəncədə partlayış nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, Gəncədə binada baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

 

Bir nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.

Избранный
7
5
modern.az

10Источники