RU

Gəncədə yaşayış binasında partlayış olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Musavat.com report-a istinadən bildirir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.

Hadisə zamanı həmçinin 6 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha üç nəfər xəsarət alıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Musavat.com-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Избранный
13
17
musavat.com

10Источники