RU

Saymon Stil: İqlim maliyyəsi ilə bağlı məsələlərdə sürətlənməyə ehtiyacımız var

Saymon

Bakı, 18 oktyabr, AZƏRTAC

“Beynəlxalq iqlim maliyyəsi artmalı və möhkəmləndirilməlidir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMT İDÇK) icraçı katibi Saymon Stil Brukinq İnstitutunun Qlobal İqtisadiyyat və İnkişaf Proqramının onlayn tədbirində çıxışı zamanı bildirib.

“Bazar ertəsi Dünya Bankının illik toplantısı başlayır. Bu tədbir dəyişikliklər üçün növbəti mühüm fürsət olacaq. Axı çoxtərəfli inkişaf bankları bu transformasiyanın tam mərkəzində olacaq. Məhz bu həftə Dünya Bankı güzəştli iqlim kreditləşməsinin genişləndirilməsini elan etdi. Beynəlxalq Valyuta Fondu (BVF) isə öz işində iqlim dəyişmələri və iqlim riskləri ilə mübarizədə tədbirlərin görülməsi imkanlarını araşdırır. Bu, yaxşı xəbərlərdir. Lakin təcridlə artım investisiya və yaşıl inkişafda eksponensial sıçrayışa səbəb olmayacaq. İqlim dəyişmələri ilə bağlı mübarizənin maliyyələşdirilməsi məsələlərində sürətlənməyə ehtiyacımız var, daha miqyaslı tədbirlər görülməsə, bütün iqtisadiyyatlar çökəcək”, - deyə o qeyd edib.

İcraçı katibin sözlərinə görə, illik konfransda Dünya Bankının və BVF-nin inkişaf etməkdə olan ölkələrin ekstremal borc səviyyələri və kapitalın həddindən artıq yüksək dəyəri ilə üzləşməməsi üçün onların iqlim dəyişmələri ilə mübarizədə tədbir görmək və investisiya qoymaq üçün vəsait və fiskal məkanla təmin edilməsinə sadiq olduqları görünməlidir.

Избранный
44
azertag.az

1Источники