“Təcili tibbi yardım avtomobillərinin avtobus zolaqlarından istifadə etməsi ilə bağlı məsələ müzakirə olunur”.
Bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.
O qeyd edib ki, hazırda bununla bağlı aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılır: “Biz müraciət etmişik, ümid edirik ki, bu məsələ müsbət həllini tapacaq”.