RU

Bu gün Xudafərin körpüsünün işğaldan azad edilməsindən 4 il ötür

Bakı. Trend:

Bu gün Cəbrayıl rayonunun Xudafərin körpüsü və ətrafməntəqələrinin düşmən işğalından azad edilməsindən 4 il ötür.Azərbaycanın üçrəngli bayrağı 27 ildən sonra körpünün üzərindəucaldıldı.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-cigünündə - 2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu Xudafərinkörpülərini işğaldan azad edib.

Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəllandşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digərxüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığınınuniversal dəyərli abidələridir.

Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15,digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülərorta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbərverir.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlhamƏliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızınnümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində 30 il işğalaltında qalan ərazilər düşməndən təmizlənib və ölkəmizin ərazibütövlüyü bərpa edilib.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olunmasıüçün Ermənistana sülh təklif edib. Lakin Ermənistan Azərbaycanınuzatdığı sülh əlini geri çevirib və ərazilərimizdə terror aktlarıvə təxribatlar törətməyə davam edib. Buna cavab olaraq, Azərbaycanlokal xarakterli antiterror tədbirləri başladıb. 24 saatdan azmüddətdə erməni separatçıları Azərbaycan Ordusunun gücü qarşısındatəslim olmaq məcburiyyətində qalıblar.

Nəticədə, Ermənistan silahlı qüvvələrinin birləşmələri,qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyublar, döyüşmövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilaholunublar. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildib,separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan bütünərazisində suverenliyini tam bərpa edib.

Məqalədə:
Избранный
14
3
az.trend.az

4Источники