RU

İsrailin İrana hücumu an məsələsidir- hədəflər müəyyənləşdirildi, ABŞ hücumun tarixini açıqladı...

Image

ABŞ rəsmilərinin noyabrın 5-də Amerikada keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin İrana hücumunun reallaşacağını gözlədikləri iddia edilir. Bu barədə ABŞ mərkəzli CNN kanalı məlumat yayıb. Kanal adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən İsrailin noyabrın 5-də keçiriləcək prezident seçkilərinə qədər hərəkətə keçə biləcəyini iddia edib.

ABŞ rəsmiləri bildiriblər ki, İsraildə hələ də İrana necə cavab veriləcəyi ilə bağlı fəal müzakirələr gedir, lakin onlar bu hücumun noyabrın 5-də keçiriləcək seçkiyə qədər baş tutacağını gözləyirlər.

Rəsmilər İsrailin mümkün hücumunun vaxtının birbaşa prezident seçkiləri ilə bağlı olmadığını, lakin İsrailin baş naziri Benyamin Netanyahunun “ABŞ-da baş verən siyasi proseslərə çox həssas” olduğunu bildiriblər.

Qeyd edilir ki, xüsusilə seçkilərə yaxın bir vaxda Yaxın Şərqdə artan münaqişə və İsrailin İrana mümkün hücumu ABŞ siyasətində böyük narahatlıq doğuracaq.

İsrailin Kanal 12 televiziyası isə, İsrailin Təl-Əvivin Tehranın raket hücumuna cavab olaraq İranda hədəf alacağı nöqtələri müəyyən etdiyini və cavab tədbirinin “an məsələsi” olduğunu bildirib. İsrail ordusunun İrana cavab olaraq hədəfə alınması planlaşdırılan nöqtələrin siyahısını baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallanta təqdim etdiyi bildirilib.

İsrailin dövlət televiziyası KAN da Təl-Əviv rəhbərliyinin İranda hədəf alınacaq nöqtələrlə bağlı qərar verdiyini qeyd edib. KAN-a danışan adı açıqlanmayan bir İsrail rəsmisi, "Hədəflər bəllidir. Əks-hücum sadəcə an məsələsidir" deyib. 

Xəbərdə həmçinin İsrail rəhbərliyinin İrana hücum planının ümumi konturunu ABŞ ilə paylaşdığı, ancaq hansı nöqtələrin hədəf alınacağı ilə bağlı təfərrüatlara yer verilmədiyi bildirilib. İsrailli mənbə kanala deyib ki, hədəflər son anda dəyişə bilər.

Bu arada, ABŞ-ın THAAD kimi tanınan yüksək hündürlükdə raketdən müdafiə sistemlərini İsrailə yerləşdirməsinə münasibət bildirən İranın müdafiə naziri Əziz Nasserzadə, bunun yeni olmadığını və vəziyyəti psixoloji müharibənin bir hissəsi kimi qiymətləndirdiklərini bildirib.

TAHİR





Избранный
20
50
baki-xeber.com

10Источники