RU

İkinci Liqa: “Lerik” səfər oyununa getmədi, “Şəmkir” 6 qol vurdu

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutmalı idi.

Amma onlardan biri keçirilməyib. Belə ki, “Lerik” maliyyə problemləri səbəbindən “Şəfa” ilə səfər oyunu üçün Bakıya gələ bilməyib. Bu üzdən sözügedən komandaya texniki məğlubiyyət veriləcək.

Səfərdə “Kür-Araz”la qarşılaşan “Şimal” turu inamlı qələbə ilə başa vurub.

“Qusar”ın qonağı olan “Şəmkir” bu dəfə 6 cavabsız qolla qalib gəlib. Qusarın digər təmsilçisi “Şahdağ Qusar” isə “Şəki Siti” ilə ev oyununda 5 cavabsız qola sevinib.

Sabah daha iki oyun baş tutacaq. Tura ayın 19-da keçiriləcək bir oyunla yekun vurulacaq.

İkinci Liqa
7-ci tur

17 oktyabr

“Şahdağ Qusar” – “Şəki Siti” 5:0
Qollar: Famil Camalov, 11; 20; 82. Tural Qurbatov, 50. Ədilxan Qarəhmədov, 64.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Rəsul Babayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şəfa” – “Lerik” oyunu baş tutmayıb
Hakimlər: Ruslan Quliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Nazim Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 15:00.

“Qusar” – “Şəmkir” 0:6
Qollar: Rövşən Şahmuradov, 1. Akif Tağıyev, 10. Cavanşir Cavanşirov, 17. Vidadi Cəfərov, 30; 54; 74.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Kür-Araz” – “Şimal” 0:2
Qollar: Tofiq Nəsibov, 21; 48.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

18 oktyabr

“Dinamo” – “Saatlı-Araz”
Hakimlər: Əli Əliyev, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Emin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:30.

“Göygöl” – “Füzuli”
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

19 oktyabr

“Ağdaş” – “Hypers Quba”
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Samir Qaracayev, Sərxan İsmayılov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Ağdaş şəhər stadionu, 14:30.

Избранный
21
3
arena.az

10Источники