RU

İsrail “Hizbullahın qalası”nı vurdu – Daha bir komandir öldürüldü

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Bint Cbeil bölgəsinə hava hücumu təşkil edib.

“AzPolitika” xəbər verir ki, bu barədə İsrail ordusu bəyanat yayıb.

Məlumata görə, hücum nəticəsində Hizbullahın batalyon komandirlərindən Hüseyn Məhəmməd Auda ölüb.

İsrail ordusunun bəyanatında deyilir ki, Auda "Hizbullahın qalası" olan bölgədəki bir neçə şəhərdən İsrailə raket zərbələrinin endirilməsini əmr edən şəxs olub.

İDF-nin məlumatında o da bildirilib ki, hava zərbələri nəticəsində 45 terrorçu öldürülüb, Hizbullahın 150 mövqesi, o cümlədən silah anbarları, raket qurğuları və hərbi məqsədlər üçün istifadə edilən binalar məhv edilib.

“AzPolitika.info”

Избранный
32
50
azpolitika.info

10Источники