RU

BDU Ankara İldırım Bəyazid Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

BDU

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ankara İldırım Bəyazid Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müqavilə çərçivəsində bakalavriat, magistrant, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Ankara İldırım Bəyazid Universitetinin əsası 2010-cu ildə qoyulub. Universitetdə 15 fakültə, 5 institut, 1 kollec, 4 peşə məktəbi, 27 tədqiqat mərkəzi, 1 konservatoriya fəaliyyət göstərir və 25 minə yaxın tələbə təhsil alır.

Избранный
17
2
azertag.az

3Источники