Təcili yardımın ödənişli olması nəzərdə tutulmur - TƏBİB
Təcili yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur. Bunu TƏBİB-in sədri Vüqar Bayramov deyib.
"Təcili yardım sığorta olunduğu üçün ödənişli olmaası haqda danışıqlar aparılmır. Vətəndaş başa düşməlidir ki, özünə yardım edə bilmədiyi halda bu xidmətdən istifadə etməlidir",- o bildirib.
Cari ilin doqquz ayında təcili yardıma 40 minə yaxın əsassız müraciət daxil olub.