RU

Azərbaycan neftinin qiyməti artıb, təbii qaz, o cümlədən rubl, avro ucuzlaşıb, qızıl bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 0,36% artaraq 1 barelə görə 74,49 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,41% artaraq 1 barelə görə 70,68 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,68% artaraq 75,26 dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,46% azalaraq 2,367 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 16-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 17-də Avro 1,8451 manata kimi ucuzlaşıb.

LİRƏ

2024-cü il oktyabrın 17-də Türkiyə lirəsi 0,0497 manat təşkil edib.

RUBL

2024-cü il oktyabrın 17-də Rusiya rublu 0,0174 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,2% artaraq 2 696,6 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,5% azalaraq 31,82 ABŞ dollarına bərabər olub.

Избранный
84
16
fins.az

10Источники