RU

Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

Image

Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Qeyd olunub ki, Nəsimi rayonunun M.Qaşqay və S.Əsgərova küçələrinin kəsişməsində siyirtmənin əvəz olunması məqsədilə oktyabrın 17-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə M.Qaşqay, Ə.Qasımzadə, N.Vəzirov, H.Sarabski, M.Kaveroçkin, Dağıstan, İ.Həmidov, E.Tağızadə, S.Rüstəm, V. Plotnikov, R.Axundov, S.Zeynalov, M.Rəfili, Ş.Əzizbəyov, A.Bakıxanov, Q.Quliyev, H.Ələsgərova, İ.Qasımov küçələrinin, həmçinin Vaqif və Azadlıq prospektlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mətləb





Избранный
6
24
baki-xeber.com

10Источники