RU

Eldar Suvarovun rəhbərlik etdiyi şirkəti cərimə gözləyir

"Yusi Ko" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 339.1-ci (Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın icraatındadır. Baxış iclası oktyabrın 24-də keçiriləcək.

 

Qeyd: Şirkət tikinti kommunikasiyaları sahəsində fəaliyyət göstərir. MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 010 manat olan MMC-nin qanuni təmsilçisi Suvarov Eldar Cahangir oğludur.

 

Xəyal Quliyev

Tarix: 17 Oktyabr 2024, 08:11   
Избранный
39
7
pravda.az

10Источники