RU

ABŞ Ukraynaya 425 milyon dollarlıq silah paketi göndərib

ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla ümumi dəyəri 425 milyon dollar olan yeni silah paketi ayrıldığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin Amerika lideri ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında söhbətdən sonra yaydığı bəyanatda deyilir.

"Bu gün prezident Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, yerüstü sursatlar, zirehli texnikalar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün lazım olan kritik hərbi sursatlar daxildir", - Ağ Ev bildirib.

Избранный
21
2
operativmedia.az

10Источники