RU

“Kapital Bank”ın 150 illiyinə həsr olunan lotereyada 150 min manat mükafatın sahibi bəlli olub

“Kapital Bank”ın 150 illik yubileyi münasibətilə “Birbank” taksit kartı sahibləri üçün keçirilən lotereyanın 3-cü tirajı 15 oktyabrda yekunlaşıb.

10 iyul-30 sentyabr tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3334 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 manat, 1000 nəfər 10 manat dəyərində keşbek, 20 nəfər 100 manat, 10 nəfər 500 manat, 2 nəfər 1000 manat, 1 nəfər isə 10 min manat pul mükafatı qazanıb.

Lotereyanın əsas mükafatı 150 min manat da final tirajda öz sahibini tapıb.

Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj3

Qeyd edək ki, final tirajında 1-ci və 2-ci tirajda qalib olmayan biletlər də iştirak edib. 10 iyul-30 sentyabr tarixlərini əhatə edən lotereyada ümumilikdə 10 min nəfər “Birbank” taksit kart sahibi qalib adını qazanıb. Onlardan 6900 nəfər 5 manat, 3000 nəfər 10 manat dəyərində keşbek, 60 nəfər 100 manat, 30 nəfər 500 manat, 6 nəfər 1000 manat, 3 nəfər isə 10 min manat, 1 nəfər isə 150 min manat pul mükafatı qazanıb.

Lotereyanın şərtlərinə əsasən, “Birbank” taksit kartları ilə edilən hər 50 manat və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırırdı. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və “Ninja” (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı isə kart sahibi hər 50 manat üçün 10 bilet əldə edirdi.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holdinq”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc.

DOĞRU.AZ

Избранный
3
29
dogru.az

10Источники