RU

Amin Məmmədov: Ermənistan tərəfindən sərhəddə iri metallurgiya zavodunun inşası Espo Konvensiyasının pozulması idi VİDEO

Amin

Bakı, 16 oktyabr, AZƏRTAC

Ermənistan Azərbaycanın Naxçıvanla həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşırdı. Bu da “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Konvensiyası”nın (Espo) kobud şəkildə pozulması demək idi. Lakin Azərbaycan tərəfinin etirazından sonra bu iş dayandırıldı.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.

O bildirib ki, 2023-cü ildə “Azərkosmos” tərəfindən Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən 20-dən çox dağ-mədən sənayesi müəssisəsinin fəaliyyətinin kosmik təsvirləri təqdim edilib. Həmin təsvirlərdə 1990-cı illərin sonlarından və son üç ilə yaxın müddətdə həmin ərazilərdəki dəyişiklik, torpaqların vizual təsviri əks olunurdu.

"2024-cü ilin əvvəlində Ermənistanda fəaliyyət göstərən bir neçə QHT tarixi torpağımızda - Amuldağ yatağı olan ərazidə yeni yataqların istismarı ilə bağlı Ermənistan hökumətinin qərarına etiraz edib. EPF Koalisiyası da Ermənistanda yatağın istismarına etiraz edən QHT-lərlə həmrəy olduğunu bildirib. Buna görə də həmin QHT-ləri Ermənistanda Azərbaycana casusluq etməkdə günahlandırıblar", - deyə A.Məmmədov vurğulayıb.

Избранный
5
2
azertag.az

10Источники