RU

Pentaqonun müqavilə xərcləri 2023-cü maliyyə ilində 431,4 milyard dollar olub


ABŞ Müdafiə Nazirliyi 2023-cü maliyyə ilində müxtəlif müqavilələrə 431,4 milyard dollar xərcləyib və “Lockheed Martin” bu vəsaitin 61,4 milyard dollarını alıb.
Yenavaz.com
xəbər verir ki, bu barədə hərbi idarənin hesabatında qeyd edilib.
Sənəddən belə çıxır ki, ABŞ Müdafiə Nazirliyinin 50 Amerika ştatında və Kolumbiya dairəsində müqavilələr üzrə öhdəlikləri, maaşların ödənilməsi və qrantların verilməsi xərcləri 609,2 milyard dollar təşkil edib ki, bu da ölkənin ÜDM-nin 2,2%-nə bərabərdir.
“Ümumi xərcləri bütün ABŞ sakinləri arasında bölsək, bu hər Amerika vətəndaşı üçün 1819 dollar olacaq”, - hesabatda bildirilib.
Hesabata görə, ABŞ Müdafiə Nazirliyinin əməkdaşları üçün qrant şəklində 10,4 milyard dollar (2%) verilib.
Şirkətlər arasında hesabat dövründə müqavilələr üzrə ən çox vəsaiti Pentaqondan Amerikanın “Lockheed Martin” korporasiyası alıb - 61,4 milyard dollar.
İkinci yerdə “RTX Corporation” (24,1 milyard dollar), üçüncü yerdə isə “General Dynamics” (22,9 milyard dollar) qərarlaşıb. Sonrakı yerdə “Boeing” (20,1 milyard dollar), “Northrop Grumman” (16,3 milyard dollar), “Huntington Ingalls” (10,5 milyard dollar), “Humana” (7,8 milyard dollar), “L3Harris Technologies” (7,5 milyard dollar), “BAE Systems” (7 milyard dollar) və “Cencora” (4,4 milyard dollar) gəlir.
Избранный
3
3
yeniavaz.com

5Источники