RU

Amerika qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus EA-18G Growler qırıcı təyyarəsi Uidbi-Aylend Hərbi Dəniz Qüvvələrinin bazasında keçən təyyarə təlim uçuşu zamanı Vaşinqton ştatında Reinier vulkanının şərqində qəzaya uğrayıb. Bu barədə The Seattle Times qəzeti məlumat verib.


Qırıcı təyyarə 130-cu radioelektron hücum eskadronuna aid olub. Qəza yerinə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MH-60S helikopterindən ibarət axtarış qrupu göndərilib.

 

Pilotların vəziyyəti hələ ki, məlum deyil.

 

Qəzanın səbəbləri araşdırılır.


EA-18G "Growler" radioelektron müharibə qırıcısı F/A-18 Super Hornet qırıcısının modifikasiyasıdır. Onun qiyməti 67 milyon dollardır.

 

N.Təbrizli


www.anews.az
Избранный
21
5
anews.az

7Источники