Millətlər Liqası: İspaniya qalib gəldi, Portuqaliya heç-heçə etdi
UEFA Millətlər Liqasında IV turun oyunlarına yekun vurulub.
aia.az xəbər verir ki, A və C Liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.
A Liqasında Polşa yığması evdə Xorvatiya ilə 3:3, Portuqaliya seçməsi səfərdə Şotlandiya ilə 0:0 hesablı heç-heçə edib. İspaniya isə doğma meydanda Serbiyanı 3 cavabsız qolla üstələyib.