RU

Xruşşovun tarixi nitqi: BMT kürsüsünə ayaqqabısı ilə vurub? – Video

Uzun zamandır Sovet təbliğatının qurbanı olan insanlar inanırlar ki, guya Nikita Xruşşov 1960-cı ildə BMT-nin iclasında çıxış edən zaman ayaqqabısını çıxardıb, tribunaya döyəcləyib, SSRİ-ni tənqid edənləri bu üsulla hədələyib. Guya həmin məşhur ayaqqabı 2007-ci ildə Xruşşovun nəvəsi tərəfindən 30 min dollara Amerika vətəndaşına satılıb. Bu feyk xəbərdən Sovet eyforiyasında yaşayanlar sui-istifadə edirlər ki, Sovetlər olmasaydı, BMT istədiyini edərdi, Xruşşov yeganə adam olub ki, dünyaya meydan oxuyub.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev bildirib.

Alim sözügedən hadisə ilə bağlı fotolar və video təqdim edib:

“Həmin günü BMT-nin iclasında “Macarıstan məsələsi” müzakirə edilirdi. Xruşşov zala daxil olanda jurnalistlərdən biri təsadüfən onun ayağını tapdalayır və onun ağ ayaqqabıları üzərində iz qalır. Xruşşov ayaqqabısının bir tayını çıxardır və zala daxil olur. Onun ayaqqabısının tayı dərhal təmizlənərək masasına gətirilir və fotoda göründüyü kimi, qarşısında durur. Həmin görüşdə iştirak edən “Layf” (“Life”) jurnalının fotoqrafı Con Lonqard iddia edir ki, Xruşşov “əlbəttə ki, ayaqqabılarını stolun üstünə döyməyib”, baxmayaraq ki, o, “bunu etmək niyyətində idi”. O qeyd edir ki, Xruşşovun ayaqqabısı masanın üstündə olub və əli ilə onu masaya vuracağını göstərib. Zalda olan jurnalistlər kameralarını Xruşşova tutaraq onun növbəti hərəkətlərini gözləsələr də, o, ayaqqabısını ayağına geyinib gedib. Lonqardın fikrincə, əgər Xruşşov həqiqətən də ayaqqabısını stolun üstünə vursaydı, o zaman fotoqrafların heç biri bu hadisəni qaçırmazdı.

Ertəsi gün “Nyu York Tayms” (The New York Times) “Xruşşov stolun üstünə ayaqqabısını döyür” başlıqlı məqalə dərc edir və bu xəbəri Sovetlər də ölkə daxilində təbliğ edirlər ki, bəs, rəhbər dünyaya ayaqqabısı ilə qalib gəldi. Əslində isə Xruşşovun qəzetlərdə dərc edilən fotosu o dövrün ilk professional fotoşoplarından biri idi və diqqətlə baxdıqda bunun montaj olduğu aydın görünür”.

Избранный
9
3
axar.az

4Источники