RU

Qadının barmağı blenderdə ilişdi

Rusiyada oktyabrın 14-də səhər saatlarında yaşlı qadının barmağı blenderdə ilişib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, zərərçəkənin həyat yoldaşının çağırışı ilə 6 xilasedici və həkim cəlb olunub.

Məlumata görə, təqaüdçü blenderi təmizləyirdi, lakin onu elektrik enerjisindən ayırmayıb və təsadüfən start düyməsini sıxıb. Nəticədə barmaq mexanizmə ilişib qalıb.

Gələn həkimlər qadına ağrıkəsici iynə vurublar, xilasedicilər isə barmağını azad ediblər. Xəsarət alan təqaüdçü xəstəxanaya çatdırılıb.

Избранный
38
medianews.az

1Источники