RU

Macarıstan səfiri İran XİN-ə çağırıldı

AB-nin Tehrana qarşı tətbiq etdiyi yeni sanksiyalardan dolayı Macarıstanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Viral.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, AB-yə sədrlik edən Macarıstanın səfiri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini tərəfindən çağırılıb və ona Avropa Birliyinin İrana qarşı son sanksiya qərarına kəskin etiraz bildirilib.

Son Yazılar:

“İran İslam Respublikasına qarşı sanksiyalar kimi qeyri-qanuni və məcburedici üsullarla müraciət qəbuledilməzdir və heç bir nəticə verməyəcək”, – İran XİN rəsmisi qeyd edib.

Избранный
3
7
viral.az

10Источники