RU

Meymunçiçəyi daha 2 ölkəyə yayıldı

Meymunçiçəyinə ilk yoluxma hallarının Cənubi Afrika ölkələri Zimbabve və Zambiyada aşkar edildiyi açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Zimbabve Səhiyyə və Uşaq Baxımı Nazirliyindən verilən açıqlamada, ölkədə ilk meymunçiçəyi virusunun ötən ay Cənubi Afrika Respublikasına səfər edən 11 yaşlı uşaqda aşkar edildiyi bildirilib.

Açıqlamada Tanzaniyaya səyahət getmiş olan 24 yaşlı bir kişidə virusun aşkarlanması ilə ölkədə meymunçiçəyinə yoluxanların sayının 2-yə yüksəldiyi bldirilib.

Hər iki xəstənin səhhətinin yaxşı olduğu qeyd edilib və "Səhiyyə və Uşaq Baxımı Nazirliyi vəziyyətin nəzarət altında olduğunu ictimaiyyətə çatdırır və Zimbabve xalqını panikaya düşməməyə çağırır" deyə bildirib.

Zambiya Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə ilk meymunçiçəyi xəstəliyinin ötən ay ölkəyə gələn 32 yaşlı Tanzaniya vətəndaşında aşkar edildiyi açıqlanıb.

Избранный
10
1
cebheinfo.az

2Источники