RU

İsrail ordusu Livana ağır zərbələr endirib, ölən və yaralananlar var

İsrail ordusunun Livanın cənubundakı bəzi evlərə və tibb mərkəzinə endirdiyi hava zərbələri nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb.

Livan Səhiyyə Nazirliyinin yaydığı bəyanata görə, İsrail ordusuna aid döyüş təyyarələri Sur şəhərinin Siddikin rayonundakı tibb mərkəzini hədəf alıb. Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

İsrail ordusunun ölkənin cənubundakı Ənsar qəsəbəsindəki bir evə təşkil etdiyi hücumda 2 nəfər həyatını itirib.

İsrailin Mifidun qəsəbəsinə təşkil etdiyi hücumda 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə vilayətinin Sarbin rayonuna təşkil etdiyi hava hücumunda 4 tibb işçisi və mülki vətəndaşlar yaralanıb.

Ölkənin cənubundakı Marub qəsəbəsinə edilən hücumda 4 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

 



Избранный
22
36
trt.net.tr

10Источники