RU

İlk dəfə ata oldu

Türkiyəli məşhur aktyor Alperen Duymaz ata olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk dəfə ata olan 31 yaşlı aktyor doğuş prosesində də iştirak edib.

Oğlunu qucağına alan aktyor ona Gün adını verib.

Qeyd edək ki, Alperen Duymaz 2020-ci ildə Kübra Duymazla səssiz-sədasız evlənib. Müəllim olan Kübra İstanbulda çalışır.

A. Duymaz isə hazırda “Leyla” serialında Civan obrazını canlandırır.





Избранный
50
1
qafqazinfo.az

4Источники