RU

Zəfər xronikası. 14 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib (FOTO/VİDEO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci ilin oktyabrın 14-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev "France 24" televiziya kanalına müsahibəverib.

Trendmüsahibəni təqdim edir:

- Salam, "France 24"ün müsahibə rubrikasına xoşgəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik vəmən Azərbaycan Prezidenti İlham Əliyevin yanındayam. PrezidentƏliyev, bizim suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçünçox sağ olun. Əlbəttə ki, mən Sizdən Dağlıq Qarabağ münaqişəsihaqqında soruşacağam. Humanitar atəşkəs kimi nəzərdə tutulanatəşkəs barədə razılıq imzalandıqdan bəri zorakılıq və müharibədavam etmişdir. Bu gün Sizdən soruşuram, bu atəşkəs rəsmən artıqetibarsız, bitmiş və ləğv edilmiş hesab olunur?

- Bu, Ermənistanın davranışından asılıdır, çünki biz həmişəöhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmindəatəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunudəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini vəgirovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davametdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuşbəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplərçərçivəsində aparılacağı təmin edilmişdir. Bu, həmişə bizimmövqeyimiz olub. Ermənistan tərəfi həmişə prosesi pozmağa vədanışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı.Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindənrədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühümhissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraqqalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalqauditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən,əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. ÇünkiErmənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki ilərzində fəaliyyətlərindən biri qondarma "Dağlıq Qarabağrespublikasının hökumətini" danışıqlar masasına cəlb etmək vəbeləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmiildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsindəErmənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma"Dağlıq Qarabağ respublikası hökumətini" danışıqlara cəlb etməksəyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəfformatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyinəvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir. Biz atəşkəsrejiminə əməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsikobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədəmülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir.Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumatverilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdamşəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar. Əfsuslarolsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər həlakolub.

-Lakin Azərbaycan da atəşi davam etdirib, elə deyilmi?Dünya Dağlıq Qarabağdakı Xankəndidə mülki şəxslərin artilleriyaatəşinə tutulması görüntülərini görüb.

-Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütünartilleriya atəşi dayandırılmışdır. Bu, birincisi. İkincisi, bizişğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdənmülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnızhərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyənolunmuşdur. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizinhəyatına təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki,ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğularıyerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiəetməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiqidik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməliidik.

- Beləliklə, Siz deyirsiniz ki, atəşkəs müəyyənolunandan sonra Azərbaycan tərəfindən heç bir zərbəendirilməmişdir? Hətta hərbi hədəflərə də?

- Xeyr, hərbi hədəflərə zərbələr endirilmişdir. Biz bunu təkzibetmirik. Lakin bu təbiidir, çünki biz özümüzü müdafiə etməli idik.Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda,Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində,onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri gerigötürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini gerigötürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənimonlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə vəhəmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki,onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərinidayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qantökülməsinə gətirib çıxaracaqdır.

- Bəs, Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsigörüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbihədəflər deyil.

- Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeydetmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çoxyüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalqtəşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindənqeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma PapasıFransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki,Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsiçox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdənbərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqınınmirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıqqədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nəedib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər?Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvansaxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizimdeyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.

Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz buməsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizigünahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinədair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələritərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasındaheç bir tarixi və ya dini hədəf yoxdur.

– Mən indi Sizdən diplomatik proses barədə soruşmaqistəyirəm. ATƏT-in Minsk qrupu, hazırkı həmsədrlər olan Fransa, ABŞvə Rusiya ilə vasitəçilik davam edir. Sizcə Fransanın budanışıqlarda həmsədr qalması ilə bağlı bu strukturqalmalıdır?

– Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətlibəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlıdiplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağamüvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçədəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbətidi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinəsadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytralqalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumatverildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, FransaMinsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bumövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olubki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəftutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər birölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlədaha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldırvə heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilikmandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan vəAzərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığıgörürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyinizməsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq.

– Əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşçününSizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasındansonra Siz Emmanuel Makrondan üzrxahlıq tələb etmişdiniz. Siz onunlasonuncu dəfə söhbət edən zaman bu məsələ haqqında - onunmuzdluların Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədədanışdınızmı?

– Bəli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ də dəlilgözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digərrəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindəndəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçünmüvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkiletməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki,bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlilyoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır. Bizdəmuzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalarbaşlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizəbuna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim bunaehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuzvar. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öztorpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir.

– Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deyibki, Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişəninbeynəlmiləlləşdirilməsinə gətirib çıxara bilər. O, bu məsələdə səhvedir?

– Bəli, o, bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı dahabir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyəistehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur.Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrailistehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalıolan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edənErmənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq.Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdəiştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. TürkiyəninF-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonraqalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxilolmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu ilpandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki,hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, bizF-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havadadeyil.

– Siz Türkiyə istehsalı olan neçə dron cəlbetmisiniz?

– Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır.Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağaüstünlük verdiyim məlumatdır.

- Lakin onlar bu münaqişədə öz sözünüdeyirlər?

– Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizədeyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsiləbiz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasınıməhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi,biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Bizartilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdanistifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollarziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlarbütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çoxgüman ki, onu pulsuz əldə ediblər.

– Təəssüf ki, biz burada yekunlaşmalıyıq. Əlbəttə, Sizəverə biləcəyimiz o qədər çox suallarımız var idi. Prezident İlhamƏliyev, bu gün suallarımıza cavab verdiyinizə görə Sizə təşəkküredirəm. Bizə baxan tamaşaçılara da təşəkkür edirəm. Qarşıdayayımlanacaq beynəlxalq xəbərlərə baxmaq üçün "France 24"ü izləməyədavam edin.

– Təşəkkür edirəm.

– Təşəkkür edirəm. Sizinlə söhbət etmək çox maraqlıidi.

Zəfər
Zəfər
Məqalədə:
Избранный
159
2
az.trend.az

1Источники