RU

Ronaldodan növbəti tarixi göstərici

Millətlər Liqasında mübarizə davam edir. A liqasının 3-cü qrupunda Portuqaliya səfərdə Polşanı 3:1 hesabı ilə məğlub etdi.

Qonaqların heyətində Bruno Fernandeş ilə Kriştiano Ronaldo fərqləndisə, daha bir qol Yan Bednarekin avtoqolu sayəsində vuruldu. 39 yaşı olmasına rəğmən cari mövsümə əla başlayan Ronaldo qollarını sıralamaqda davam edir.

Bu dəfə də fərqlənməklə o, 2024-cü ildə 33-cü, peşəkar karyerasında isə 906-cı qolunu vurdu. Yeri gəlmişkən, ünlü futbolçu növbəti dəfə adını tarixə yazdırdı. O, yığma səviyyəsində rəsmi oyunlarda 100 qələbə həddinə çatan ilk futbolçu oldu! 2003-cü ildən bu yana Portuqaliyanin şərəfini qoruyan Ronaldonun indiyə qədər yığmada 212 oyunda 132 qol, 45 məhsuldar ötürmə ilə fərqləndiyini bildirək.

ƏLİ

Избранный
64
football-plus.az

1Источники