RU

Hacıqabula yağıntı normadan 147 % çox olub, evləri su basıb - FOTO - VİDEO - YENİLƏNİB-3

İntensiv yağan yağışlar nəticəsində Hacıqabul şəhərinin bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, bəzi köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

***

19:23

“Səhər saatlarından başlayan güclü leysan yağışları nəticəsində rayon mərkəzi də daxil olmaqla bir neçə kəndi, o cümlədən Atbulaq, Qızılburun, Qubalı Baloğlan, Pirsaat, Nəvahi, Udlu kəndlərini su basıb.

Bu barədə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının Sədri Saleh Ələsgərov APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayonun sel sularının yaratdığı fəsadla əlaqədar açıqlamasında bildirib.

O qeyd edib ki, xüsusilə əhalinin həyətyanı sahələrinə xeyli ziyan dəyib: “Hadisə yerinə aidiyyəti orqanlar cəlb olunub. Rayon İcra Hakimiyyətinin başçısı da hadisə yerindədir. Əməli tədbirlər görülür. Şəhər mərkəzində elektrik enerjisinin verilişi dayandırılıb. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.

***

19:06

Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.

APA Milli Hidrometeorologiya Xidmətinə istinadən yağan leysan yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb.

Düşən yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.

***

18:47

Hacıqabulda dağlara yağan intensiv yağışlar şəhərdə ciddi fəsadlar törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 2 radələrində dağlara yağan aramsız sel yağışları şəhərin əksər hissələrini su altında qoyub.

Yüzlərlə evin həyəti su altında qalıb. Şəhərdaxili yollar, şəhərin mərkəzi, şəhər polis şöbəsinin ətrafı 1 metrə qədər su altında qalıb. Şirvan-Hacıqabul dəmir yolu xəttinin 30 metrə qədər hissəsi dağılıb. Bəzi istiqamətlərdə elektrik verilişi dayandırılıb. Bir neçə yerdə transformatorları su basıb. Rayon icra hakimiyyəti tədbirlər görür və təbiət hadisəsinin törətdiyi fəsadları nəticəsi barədə açıqlama verəcəkləri gözlənilir.

***

17:09

Hacıqabul şəhərinə aramsız yağan yağışlar fəsadlara səbəb olub.

APA-nın yerli bürosu xəbər verir ki, nəticədə 200-ə yaxın evi su basıb.

Rayon ərazisindən keçən dəmir yolu xəttinə zərər dəyib. Hazırda qatarların hərəkətində fasilə yaranıb.

Hacıqabula Hacıqabula Hacıqabula Hacıqabula Hacıqabula Hacıqabula Hacıqabula Hacıqabula Hacıqabula Hacıqabula Hacıqabula
Избранный
32
29
apa.az

10Источники