Oktyabrın 12-də Hacıqabul rayonuna leysan xarakterli güclü yağış yağıb.
“İki sahil” xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata əsasən, güclü yağış nəticəsində Muşov dağdan gələn sel suları nəticəsində rayonun çox hissəsini su basıb. Yağıntının miqdarı 45 mm olub. Bu da aylıq normanın 147 %-ni təşkil edir.