Qala stansiyasından 133 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeniavaz.com verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, oktyabrın 11-də yerli vaxtla saat 23.50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,8-ə bərabər olub. Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.