RU

Rusiyada avtomobil ehtiyat hissələrinin qiymətləri son iki ildə necə dəyişib?

2022-ci ildən etibarən, Rusiyada ABŞ istehsalı avtomobillərin ehtiyat hissələrinin pərakəndə qiymətləri 122% artıb. Bu barədə "İzvestiya" qəzeti "Renessans Sığorta"nın məlumatlarına istinad edərək yazıb.Eyni zamanda, Koreya avtomobilləri üçün hissələrin qiyməti 55%, Çin istehsalı avtomobillərin hissələri isə 60% bahalaşıb. Avropa istehsalı avtomobillərin ehtiyat hissələrinin qiymətləri isə iki il yarım ərzində demək olar ki, iki dəfə artıb.Avtomobil markası “Skoda” üçün ehtiyat hissələrinin qiyməti ən çox yüksəlib. Bu markanın hissələri 264% bahalaşıb."Ümumilikdə, VAG konserninin (Volkswagen, Audi, SEAT, Skoda, Bentley, Bugatti, Lamborghini, Porsche markaları) ehtiyat hissələrinin qiymətləri 2022-dən 2024-ə qədər 260% artıb", —"Renessans Sığorta"nın avtomobil sığortası üzrə vitse-prezidenti Sergey Demidov bildirib.Kia avtomobilləri üçün hissələrin qiymətləri daha az, 37% artıb. İlk beşliyə, eyni zamanda, Lada (+38,5%), Hyundai (+42%), Haval (+45%) və Renault (+46%) də daxil olub. \\Valyuta.az

Избранный
23
2
gender.az

3Источники