RU

“Mossad” yeni taktikaya əl atdı – İran nüvə silahından istifadəyə başlayır?

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda Təl-Əvivin Tehrana ağır zərbələr endirəcəyi haqqında məlumatlar yayıldı. Digər tərəfdən, Rusiya İrandakı vətəndaşlarına çağırış edib. Mövcud vəziyyətlə əlaqədar ehtiyatlı olmağa səsləyib.

Azərbaycan bənzər addımı ata bilərmi? Səfirlik bağlanıb, əməkdaşları Bakıya qayıdacaqmı?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, Qəzza zolağında və Livanın Cənubunda uyğun olaraq HƏMAS lideri İsmayıl Haniyənin, komandirlərin, “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi İsrailin hədəflərinə doğru qəti addımlar atdığının göstəricisidir:

“Rəsmi Təl-Əviv bəyan etmişdi ki, ölkənin təhlükəsizliyini təhdid edən qüvvələri zərərsizləşdirənə qədər əməliyyatları davam etdirəcək. HƏMAS və “Hizbullah” zəiflədiyi üçün hədəf Suriya və İraqdakı İranyönümlü qüvvələrin zəiflədilməsi, sıradan çıxarılmasıdır. Bundan sonra isə əməliyyatlar İran hakimiyyətinə qarşı aparılacaq. Ona görə də Tehran hakimiyyəti regionda yaranmış vəziyyətlə bağlı müxtəlif görüşlər keçirir. Belə görüşlərdən biri də Səudiyyə Ərəbistanında krallığın vəliəhdi və xarici işlər nazirləri, digər rəsmilərlə keçirilib. Həmin görüşdən belə qənaətə gəlmək olur ki, İran Səudiyyə Ərəbistanını və HƏMAS-İsrail müharibəsində İranın mövqeyini dəstəkləməyən dövlətləri xəbərdar etdi”.

Sədrəddin Soltan

Politoloqun sözlərinə görə, perspektivdə İsrailin İranı vurması ilə Tehran körfəz ölkələrində neft bazalarını, ABŞ-ın hərbi bazalarını hədəf alacağına dair mesaj verdi:

“Regionda vəziyyətin gərginləşməsi kulminasiyaya doğru inkişaf etməkdir. Müxtəlif ölkələr mövcud gərginliyi nəzərə alaraq İrana uçuşları qadağan etdi, vətəndaşları buraya getməməyi məsləhət görüb. Rusiya da buna bənzər addımlar atdı. Azərbaycan və İran arasında gediş-gəliş çox deyil. Bunun səbəbi isə quru sərhədlərin bağlı olmasıdır. Səfər edən vətəndaşlarımız məqsədli şəkildə qısa müddət ərzində gedib-gəlir. Bu səbəbdən Azərbaycanın vətəndaşlara çağırış etməsinə səbəb yoxdur. Mövcud vəziyyət ölkəmizin Tehrandakı səfirliyinin və Təbrizdəki konsulluğunun bağlanmasına zərurət yaratmır”.

Siyasi Şərhçi Əli Mustafayevin sözlərinə görə, səfirliyin bağlanması hələ ən sonuncu addımdır:

“Risklər mövcud olduğu halda dövlətlər vətəndaşlara müraciətlər edir. Rusiyanın bu çağırışı da onun narahatlığından xəbər verir. Doğrudur, İsrail hər an İrana zərbə endirə bilər. Amma bunun nə vaxt və necə olacağı ilə bağlı dəqiq məlumat yoxdur. Qərb dövlətləri belə məsələlərdə daha həssasdır və vətəndaşlarına çox əhəmiyyət verirlər. İlk müraciəti də onlar edirlər. Rusiyanın bu xəbərdarlığı təəccüblüdür”.

Siyasi şərhçinin sözlərinə görə, İran ərəb ölkələrinə hava məkanlarını bağlamaq xəbərdarlığı edib:

Əli Mustafayev

“İordaniya, Qətər və digər ölkələrə İsrailin İrana zərbə vurmasına imkan verməmək üçün hava məkanlarını bağlamağı məsləhət görüb. Bu baxımdan təyyarələrin hərəkəti çətinləşir. Birləşmiş Ştatlar da gizli formada İsraillə mübarizə içərisindədir. Çünki bu addımların hər biri Co Bayden və Kamala Harrisin qələbəsini baltalayır. Onlar başa düşürlər ki, İsraili dayandırmasalar seçkilərdə məğlubiyyət qaçılmazdır. İsrail yaxın günlərdə İrana necə cavab verəcəkləri barədə qərar qəbul edəcək. Yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant çıxış zamanı İsrailin İrana gözlənilməz və tam dəqiq zərbə endirəcəyini qeyd etmişdi”.

Əli Mustafayev deyib ki, İsrail kreativ zərbələr vura bilir:

“İranda “Mossad”ın müəyyən şəbəkəsi var. İran daxilində müəyyən partlayışların baş verməsi də ehtimallar arasındadır. Ağlagəlməz təhlükələrin, risklərin olması qaçılmazdır. Neft obyektlərini də hədəf götürə bilərlər. Bu zaman neftin qiyməti qalxacaq. İranın Fars körfəzini bağlaması ilə dünyada neftin bahalaşması müşahidə ediləcək. Bayden administrasiyası İranın bu hərəkətlərindən çox narazıdır. Belə qəbul edirlər ki, Benyamin Netanyahunun İrana qarşı kəskin münasibəti Donald Trampın hakimiyyətə gətirilməsinə hesablanıb. Digər tərəfdən mediada yayılan məlumata görə, İranda nüvə silahı da mövcuddur. Belə ki, bir müddət öncə bu ərazidə zəlzələ olduğu ilə bağlı fikirlər səsləndirilirdi, lakin bunun təbii zəlzələ olmadığı üzə çıxdı. Ehtimal edilir ki, İranda partlayış aparılıb. Bu da ondan xəbər verir ki, İran İsrailə adekvat cavab verə bilər. Proses çox da sadə deyil. İsrail cavab verməyə hazırlaşsa da mövcud şərtlər əlverişsizdir”.

Избранный
38
50
turkustan.az

10Источники