İsrail ordusunun Qəzza zolağında yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində azı 21 nəfərin həyatını itirdiyi bildirilib.
Redaktor.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərdə İsrail döyüş təyyarələrinin Qəzzanın müxtəlif bölgələrində mülki insanları hədəf aldığı bildirilib.
İsrail ordusunun Rəfah şəhərinə endirdiyi hava hücumlarında həlak olan 6 nəfərin cəsədinin Xan Yunisdakı Avropa Xəstəxanasına gətirildiyi, helikopterlərin artilleriya qurğuları ilə birlikdə Rəfahda mülki ərazilərə atəş açdığı bildirilib.
Seymur BƏNNAYEV