RU

Professor tələbələrin zəhərlənməsindən danışdı: "Bişirilən dönərlər gecə soyuducuya qoyulmalıdır"

Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbə qidadan zəhərlənib. 

Bununla bağlı News365.az-a danışan professor Adil Qeybulla zəhərlənmənin səbəbini gün ərzində bişirilən dönərin gecə soyuducuya qoyulmadığı ilə əlaqələndirib.

"Kütləvi zəhərlənmə halları ölümə aparan səbəblərdir. 5 manat əlavə pul qazanmaq üçün kiminsə həyatına qəsd etmək kimi bir şeydir.  Zəhərlənmənin səbəbi, ancaq axşamdan qalan ətlərin saxlanma şəraiti ilə bağlıdır. Güman ki, bu ətlər təkrar istifadə olunub. Ortada kütləvi zəhərlənmə halı var və bu mütləq araşdırılmalıdır. Təəssüflər olsun ki, dönərxanalarda istifadə olunan ət məhsulları gün ərzində sərf olunmaya bilər. Bunlar günlərlə saxlanılır. Ət məhsulları mikroblar üçün qida mənbəyidir"-deyə bildirib. 


Избранный
33
news365.az

1Источники