RU

Universitet filialında tələbələr niyə zəhərlənib? - Açıqlama

Bakı Dövlət Universiteti Qazax filialının 18 tələbəsi zəhərlənib. Hadisə dünən saat 19 radələrində baş verib. Filialın bufetində dönər yeyən tələbəyə zəhərlənmə diaqnozu qoyulub.

Filialdan Teleqraf.com-a bildirilib ki, universitet ərazisində yerləşən yeməkxana AQTA-da qeydiyyatdan keçib və universitetlə müqavilə əsasında işləyir.

Zəhərlənən rələbələr gəldikdə, onların ikinci növbədə təhsil aldıqları qeyd olunub.

Qazax rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, müayinənin nəticəsi olaraq bir tələbədən apendisitlə bağlı analiz götürülüb, müsbət nəticə aşkarlandıqdan sonra evə buraxılıb.

"Bir tələbənin isə qrip virusu ilə bağlı temperaturu qalxmışdı. İlkin profilaktik tədbir görüləndən sonra evə buraxıldı. Digər bir neçə tələbədə isə qida zəhərlənməsi ilə bağlı ilkin tədbirlər görülüb və tələbələr tam sağlam vəziyyətdə evə buraxılıb. Tələbələrdə tibbi qida analizi götürülüb, zəhərlənmənin səbəbi araşdırılır".


Müəllif: Şəbnəm Zahir
Избранный
29
1
teleqraf.com

2Источники