RU

Qazaxda 18 tələbə dönərdən zəhərlənib - ARAŞDIRMA APARILIR

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

APA xəbər verir ki, onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.

Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Korrespondent.az bildirir ki, bu arada Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Dövlət Universitetinin Qazax filialında baş verən zəhərlənmə faktının araşdırıldığı barədə məlumat yayıb.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - AQTA-dan bildirilib.

Избранный
11
8
korrespondent.az

10Источники