RU

Qazaxda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalar başlayıb - AQTA

Qazaxda dönərdən zəhərlənən tələbələrlə bağlı AQTA araşdırmalara başlayıb.

Olaylar xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə qurumdan deyilib.

Qeyd edək ki, oktyabrın 10-da saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
2
olaylar.az

3Источники