RU

"Xiaomi" yeni "Redmi Note" smartfonunu təqdim etdi

"Xiaomi" Çində 1999 yuana (təxminən 473 manat) 12 GB əməli yaddaş və 256 GB daxili yaddaşa malik büdcəli "Redmi Note 13R Pro" smartfonunu təqdim edib.

Valyuta.az xəbər verir ki, bu barədə "ITHome" portalı məlumat yayıb.

Yeni məhsul 2400x1080 piksel təsvir ölçülü 6,67 düym diaqonal OLED displeyinə və 120 Hz təsvirin yenilənmə tezliyini və 1920 Hz PWM tezliyini dəstəkləyən 1000 nit pik parlaqlığa malikdir.

"Redmi Note 13R Pro"nun performansı beşinci nəsil şəbəkələri, 12 GB RAM və 256 GB daxili yaddaşı dəstəkləyən "MediaTek Dimensity 6080" çipi (dimensity 810 kimi də tanınır) tərəfindən idarə olunur.

Smartfon 2 meqapiksellik köməkçi sensorla tamamlanan 108 meqapiksel təsvir ölçülü əsas kamera ilə təchiz edilib. Ön tərəfdə 16 meqapiksellik selfi kamerası var.

5000 mAh batareya 33 Vt sürətli şarjı dəstəkləyir. Smartfon Android 13 əməliyyat sistemi ilə MIUI 14-ə məxsus qabıqla işləyir. "Redmi Note 13R Pro" həmçinin IP54 sudan qorunma və dinamiklərdən 200%-ə qədər artan səs texnologiyasına malik olduğunu iddia edir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
546
9
valyuta.az

10Источники