RU

Tbilisinin mərkəzi küçə və prospektlərində qeyri-adi reklam lövhələri yerləşdirilib

Tbilisinin

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Paytaxt Tbilisinin mərkəzi küçə və meydanlarında "Müharibəyə yox! Agenturaya yox” şüarları yazılmış plakatlar yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, plakatlar hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası tərəfindən hazırlanıb və təbliğat kampaniyası məqsədi daşıyır.

Plakatlarda Gürcüstanın qərbpərəst partiyalarının liderləri göstərilib və onları zəncirdə saxlayan bir əl təsvir olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl hakim partiya küçə və prospektlərdə başqa plakatlar da asıb və videolar yayımlayıb. Bu plakat və videolarda isə sakit Gürcüstan dağıdılmış Ukrayna ilə müqayisə olunur, müxalifətin ölkəni qanlı yola sürüklədiyi iddia edilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
42
1
azertag.az

2Источники