RU

Növbəti köç karvanı Şuşaya çatdı, mənzillərin açarları təqdim olundu

Şuşaya növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
 
Moderator.az xəbər verir ki, oktyabrın 8-də Bakının Qaradağ rayonundan yola salınan köç karvanında yer alan 60 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.
 
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
 
Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 220 ailə (823 nəfər) mənzillə təmin edilib.
 
Избранный
3
4
moderator.az

7Источники