RU

Durov həbsindən əvvəl Qarabağa da səfər edibmiş

Azərbaycanın Xalq artisti Emin Ağalarov "Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov haqqında danışıb.

 

Modern.az xəbər verir ki, məşhur rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibədə o, Pavel Durovun həbsindən əvvəl Azərbaycana səfərindən söz açıb.

 

Emin Ağalarov müsahibəsində bildirib ki, Pavel Durov həbsindən əvvəl Azərbaycanda olub.

 

"Bilirəm ki, o, rayonlarda olub, hər yeri gəzib, Qarabağda olub. Bir neçə gün "See Breeze"də qalıb", - E.Ağalarov vurğulayıb.

 

Xatırladaq ki, Pavel Durov avqust ayında Azərbaycana səfərdən sonra Fransada həbs edilib və daha sonra sərbəst buraxılıb.

Избранный
49
modern.az

1Источники