RU

Prezident general-leytenantı komandan təyin etdi (SƏRƏNCAM)

Azərbaycan Hərbi Hava Qüvvələrinə komandan təyin olunub.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-leytenant Namiq İslamzadə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
 
Qeyd edək ki, Namiq İslamzadə II Qarabağ müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli sərəncamı ilə ona general-mayor, 24 iyun 2024-cü il tarixli sərəncamı ilə isə general-leytenant ali hərbi rütbəsi verilib.
Избранный
21
48
qaynarinfo.az

10Источники