Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində ağır yol-nəqliyyat qəzası baş verib.aia.az xəbər verir ki, piyada 2003-cü il təvəllüdlü Sarxanlı Vaqif Həbib oğlunu Kamaz yük maşını vurub.Xəstə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.Ciddi baş-beyin travması və sınıqlar alan xəstə reanimasiya şöbəsinə yerləşdirilib.Vəziyyəti ağır olaraq qiymətləndirilir.Fakt üzrə araşdırma aparılır.Bakupost.azaia.az