RU

Vadim Abdullayev: "Bu, karyeramanın pik nöqtəsidir"

“Özümüzə və gördüyümüz işə inanmalıyıq. Mən də şans veriləcəyi təqdirdə, yaxşı tərəfdən seçilməyə çalışacağam”.

Sportnet.az xəbər verir ki, bu sözləri ilk dəfə Azərbaycan millisinə dəvət alan “Araz-Naxçıvan”ın kapitanı Vadim Abdullayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yarımmüdafiəçi bu dəvətin onda ikiqat sevincə səbəb olduğunu bildirib: “Milli komanda futbolçunun karyerasının ən pik, qürur nöqtəsidir. Arzum idi ki, nə vaxtsa mən də ölkənin əsas komandasına dəvət alam, oynamaq şansı qazanam. Əlbəttə futbol camiəsi də bilir ki, mən hansı yolları keçmişəm, hansı çətinliklərə qalib gələrək buna nail olmuşam. “Araz-Naxçıvan”dakı kollektivin də əməyi danılmazdır. Onlara da təşəkkür edirəm. Bu gün “Araz-Naxçıvan” uğurlu qrafik cızmasaydı, nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni də dəvət etməzdilər. Bu dəvət bir kollektivin uğurudur”.

V.Abdullayevin sözlərinə görə, millini qarşıda iki çətin oyun gözləyir: “Düzdür, tanıyanlar bilir ki, meydanda mənim üçün rəqibin kimliyi önəm daşımır. Əsas olan öz oyunun, komandan üçün bacardığının ən yaxşısını etməkdir. Bir yolumuz var: özümüzə və gördüyümüz işə inanmalı, qələbə qazanmaq üçün inamla mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, 3 gün sonra isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.


Избранный
3
6
sportnet.az

10Источники